Yevlaxda polis əməkdaşı həlak olub.
Veteninfo-nun məlumatına görə, hadisə bu gün səhər saat 7:00 radələrində baş verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədov təlimə gedərkən rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsı nəticəsində həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə də Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu “Fiat” markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.