Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, “Mercedes” və “Hundai” markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən “Hundai” markalı avtomobil yolun kənarına aşıb.
İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.
Faktla bağlı araşdırma aparılır.