image-fotojet-45-1backend

Azərbaycanda güclü zəlzələ: 36 yeraltı təkan oldu

image-reklam_sirab_01

“Hər gün zəlzələ olur, ötən gecə 36, ondan öncəki gecə isə 31 yeraltı təkan qeydə alınıb”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O bildirib ki, bu o demək deyil ki, yeraltı təkanlarda oyanma var:

“Onların içərisində zəif dərəcədə hiss olunanları olur. 100 nəfərdən biri bu yeraltı təkanları hiss edər, ya etməz. Azərbaycanda qorxulu bir zəlzələ gözlənilmir. Əksinə, yeraltı təkanların belə – üç bala yaxın, üç bal gücündə xırda-xırda qeydə alınması yaxşıdır”.

“Son günlərdə Zaqatala, Balakən, Salyan, Mingəçevir tərəflərdə üç bal gücündə zəlzələlər olmuşdu”, – deyə Q.Yetirmişli qeyd edib.

08:47

Biləsuvar rayonunda zəlzələ baş verib.

Yeraltı təkanlar saat 07:47-də qeydə alınıb.

Zəlzələ üç bala qədər hiss olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki