image-38backend

Azərbaycanda övladlığa götürmə qaydasına dəyişiklik edilir

image-reklam_sirab_01

Azərbaycanda övladlığa götürmə qaydasına dəyişiklik təklif edilir.

Vətəninfo.az-ın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir: “Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Məcəllənin hazırkı bəndi isə belədir: “Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki