image-polissbackend

Azərbaycanda qanunsuz yaşayan 94 əcnəbi saxlanılıb

image-reklam_sirab_01

Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları ötən ay ölkədə yaşama hüququ verən sənədləri olmadığına görə daha 94 əcnəbini saxlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd olunub ki, araşdırmalarla saxlanılan şəxslərdən bir neçəsinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları da müəyyən edilib.

Həmin əcnəbilərə pul müqabilində guya Azərbaycandan tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və onların mənsub olduqları ölkələrdə yaşayan naməlum şəxslər tərəfindən aldadıldığı aşkar edilib.

Aşkarlanan hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilib və saxlanılan əcnəbilər aidiyyəti üzrə təhvil veriliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki