image-photo_96078backend

Azərbaycanda son dəqiqə: icra başçısının müavini məktəbli qızı ölümcül döydü – FOTO

image-reklam_sirab_01
Lənkəranda dörd nömrəli məktəbin 9-cu sinif şagirdi Sevinc Əliyeva(ad şərtidir) Lənkəran şəhər icra hakimiyyətinin müavini Rəsilə Əliyeva tərəfindən döyülüb, bu barədə anews.az-a açıqlama verən şagirdin anası bildirib.
“Qızım icra başçısının qızı ilə eyni sinifdə oxuyur və yaxın rəfiqədirdlər. Rəsilə Əliyevanın qızı mənim qızımın telefonundan sevdiyi oğlana mesaj yazıb. Bu münasibətdən xəbər tutan Rəsilə Əliyeva mənim qızımı da evlərinə çağırıb. Daha sonra həm öz qızını, həm də mənim qızımı döyüb. Həmin məkanda məktəbin direktoru Yeganə Əsgərova da olub. Qızım deyir ki, direktor sadəcə tamaşa edib heç bir müdaxilə etməyib. Rəsilə Əliyeva öz qızını döyübsə bu ona aid olan məsələdir. Mənim qızımı hansı səbəblə döyə bilər? Hazırda hüquq-mühafizə orqanlarına da şikayət etmişəm. Məsələ araşdırılır. Mənim qızımı döyənlər cəzasız qala bilməz”, – şagirdin anası Ləman xanım bildirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, məsələ ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirib ki, belə hadisə baş verməyib.
“Rəsilə Əliyeva haqqında deyilənləri təkzib edirik. Belə bir hadisə baş verməyib. Biz də hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hadisənin hansı zəmində və necə baş verdiyi araşdırılır. Nəticə barəsində məlumat veriləcək”, – qurumdan məlumat verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki