image-1642686196-1635244034-1626331333_yangin-baslayib-1602260294backend

Azərbaycanda zavodda güclü partlayış – xəsarət alan var

image-reklam_sirab_01

Bakıda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib.

Veteninfo xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində baş verən partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarının küt travması, sol qolun sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki