image-1623936667_957534backend

Azərbaycanın Dövlət Komitəsi Van Dammın oğluna müraciət edib

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi müsahibə üçün dünyaca məşhur aktyor və idmançı Jan-Klod Van Dammın oğluna müraciət edib.

Veteninfo.az “report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.
“Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberqlə azərbaycanlı dostunun vasitəsilə əlaqə saxladıq və “Vətən uzaqda deyil” proqramının “Yad oğlu, yad qızı” rubrikası üçün müsahibə almaq istədiyimizi bildirdik (yad kürəkənimiz kimi).
Kristofer müsahibə verib-verməməyi azərbaycanlı xanımı Suada Hacızadə ilə məsləhətləşməli olduğunu bildirdi:
“Şəxsi həyatımızla bağlı məlumatları ictimailəşdirmək üçün ortaq qərar verməliyik”. Kristoferdən cavab gözləyirik”, – Dövlət Komitəsinin rəsmisi deyib.
Qeyd edək ki, Jan-Klod Van Dammın oğlu azərbaycanlı Suada Hacızadə ilə evlənib. Cütlüyün izdivacı ictimaiyyətin böyük marağına səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki