Şirvanşahlar dövlətinin ilk paytaxtı olmuş Şabran şəhəri Azərbaycanın mədəni, siyasi həyatında mühüm yeri olan, zəngin tarixə malik qədim şəhərlərindəndir. Şabran şəhərinin Səfəvilər dövlətində havasına və suyuna görə Təbrizdən sonra ikinci yeri tutduğunu yazan Abbasqulu ağa Bakıxanov bu yeri “cənnət bağı” adlandırır. Şabran barədə qədim tarixçi Ptolomeydə də rast gəlinir. Bu şəhərin adı Sapothrenae kimi çəkilir. Onun qalıqları Şabran rayonunun Şahnəzərli kəndinin yaxınlığındadır.
Qeyd edim ki, bu ərazidə Azərbaycanın ilk qədim həbsxanalarından biri yerləşib. Fotoda onların qalıqlarını görmək olar. Burada Şirvanşalara xəyanətdə ittiham edilən Xəqani hökmdarın əmri ilə yeddi ay həbsdə yatmış, öz məşhur “Həbsiyyə”şerini buradakı zindanda yazmışdır.Poeziyamızda ilk zindan şeirləridə elə Şabran torpağında yaranıb. Onunla birlikdə həbsdə eyni zamanda Dərbənd şəhərinin hakimi Əmir Əddinin də qardaşı saxlanlıb. Qapısı və pəncərəsi olmayan bu həbsxana barəsində Firdovsinin əsərində də rast gəlmək olur. Onun Şahnaməsində Şah Əfrəsayib öz oğlunu burda həbsdə saxladığını yazılıb.
Yazılanlara görə Şərqin ən qorxulu həbsxanası olan Şabran həbsxanası barədə regionun bütün ərazilərində bəlli idi.Burda insanlara heç bir cəza verilmirdi, çünki elə qorxulu yer idi ki, bura düşən hava və işıqdan mərhum olur, qaçmağa imkanı olmurdu. Çünki labirint formasında tikilən bu həbsxana elə tikilmiş idi ki, qaçan adam hardan çıxmasından asılılı olmayaraq yenidən mərkəzinə gəlib çıxırdı. Yemək gündə iki dəfə verilirdi və onu gətirənlərin üzü görünmürdü. Kiçik hücrə formasında olan otaqlarda səsisizlik hökm sürürdü. Kimsə digərinin səsini eşidə bilmirdi. Bu çox təhlükəli həbsxana barəsində o qədər əfsanələr dolaşırdı ki, guya buranı idarə edən ruhlardır. Kim qaçmağa cəhd etsə ruhlar onu daimi izləyəcək idi.
Hazırda bu həbsxana mədəniyyət abidəsi kimi qorunur.
Zaur Əliyev
Dosent