Vətəninfo.az xəbər verir ki, “Real Madrid”in prezidenti Florentino Perez yenidən seçiləcəyi təqdirdə bu ay Kriştiano Ronaldo səviyyəsində transfer edəcəyinə söz verib. “Kral Klubu” klub üçün rekord məbləğdə 150 milyon avroluq təklif irəli sürüb.
“Olise əla oyunçudur, amma məsələ onunla bağlı deyil. O, Holland və ya Doku deyil. O, Premyer Liqadan deyil. Həmin oyunçu superulduzdur. İnsanlar kimin haqqında danışdığıma inanmayacaqlar. Maliyyə baxımından bu, Ronaldo səviyyəsində transfer olardı. O, gənc oyunçudur”, – deyə “Madrid Xtra” qəzeti Perezdən sitat gətirib.
2009-cu ildə “Real Madrid” Ronaldo üçün “Mançester Yunayted”ə 94 milyon avro ödəyib.


























