image-download-1backend

  Azərbaycanın qurucusu və qurtuluşu!

image-reklam_sirab_01

Bir xalq vardır, tarixi o qədər zəngin, o qədər qədimdir ki, ona heyran olmamaq qeyri-mümkündür.

Bu xalq yarandığı gündən bəri çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib. Bu şəxsiyyətlərin qurub yaratdıqları, bizlərə miras qoyduqları dövlətçilik ənənələri bizim – xalqımızın gələcəyinə işıq tutub, bu günümüzün, sabahımızın, bəlkə də, yüz illər sonrakı tarixdə mövqeyimizi müəyyənləşdirib.

Buna görə də belə möhtəşəm  şəxsiyyətlər, onların adları, söylədikləri ifadələr daim dillər əzbəridir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.

Heydər Əliyev həm tarixi, həm də tarixi yaradan şəxsiyyətdir. O, apardığı siyasəti ilə bizim dünənimizi, bu günümüzü və gələcəyimizi işıqlandırdı.

Gəlişinlə qurtulubdur bu vətən,

Sən oldun bu xalqa ümid və güvən.

Sən oldun dar gündə köməyə yetən,

Ulu bir sərkərdə, ulu bir öndər.

 

Hara baxırsansa nişanələri,

Özündən sonrakı abidələri.

Bizləri tərk etmir xatirələri

Ulu bir sərkərdə, ulu bir öndər.

 

Heydər adı dastanlara çevrildi,

Onun qüdrətini yer üzü bildi.

Allah onu yurdumuza yetirdi,

Ulu bir sərkərdə,ulu bir öndər.

Azərbaycan gözəl günlərlə yanaşı çətin günlər də keçirmişdir. Heydər Əliyev hakimiyyətdən getdikdən sonra hakimiyyətdə olan AXC-Müsavat cütlüyü və bu cütlüyün rəhbərliyi altında fəaliyyət göstərən təcrübəsiz şəxslərin siyasi hakimiyyəti altında olan müstəqil Azərbaycan geriləməyə başladı. Üst – üstə uğursuzluqlar yaşayan Azərbaycan artıq nəinki inkişafdan qalır, eyni zamanda, çöküş yaşayırdı. Təbii ki, bu problemlər cəmiyyətə də öz təsirini göstərirdi. Cəmiyyətdə ümidsizlik, depressiya, heç bir siyasi hakimiyyətə güvənməmək kimi problemlər yaranmışdı. Azərbaycan məhz bu dövrdə ərazi bütövlüyünü itirdi. Lakin Azərbaycan siyasətinə günəş kimi doğan dahi, unudulmaz bir şəxsiyyət – Heydər Əliyev 1993-cü il 15 iyun  xalqın köməyi ilə hakimiyyətə  gəldikdən sonra Azərbaycan gün üzü gördü. Heydər Əliyevin səyi ilə Azerbaycan dövləti bir çox vacib siyasi addımlar atdı.

1.1995-ci il 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu.

2.20 Yanvar hadisəsinə siyasi dəyər verildi. Lakin Heydər Əliyevdən əvvəl bu hadisə ört – basdır edilirdi.

3.Ölkə ərazisində asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluq, vətəndaş əmlakının qəsb olunmasına son qoyuldu. və.s.

Heydər Əliyevin yeritdiyi tarixi siyasət Azərbaycanın əsasını təşkil edən sarsılmaz təməl daşıdır. Heydər Əliyev yalnız öz dövrünün Azərbaycanını deyil, eyni zamanda, ondan sonrakı bütün dövrlərin , hətta bu günkü  Azərbaycanı da düşünüb və siyasi addımlar atıb.

 

Nəsimi Rayon gənci – Amanova Dürdanə Əziz qızı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki