Milli Məclisin bu gün keçirilən iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Vətəninfo.az-ın xəbərinə görə, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.
Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.
Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.