image-16855321594563538778_228x166backend

Azərbaycanın zəngin şahmat ənənələrinin yaranmasında Ulu Öndərin müstəsna xidmətləri var

image-reklam_sirab_01

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkün şagirdlər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat turniri keçirib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıdakı 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunmuş turnirdə 100 nəfər məktəbli iştirak edib.
Turnirin açılış mərasimində diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin təhsili ilə yanaşı, mənəvi-fiziki və əqli inkişafına da daim qayğı göstərib. O, geniş zəka, məntiqi düşüncə, sağlam əhval-ruhiyyə tələb edən xüsusi idman növü kimi şahmatın ölkəmizdə kütləviliyinin təmin olunmasına mühüm töhfələr verib. Azərbaycanın zəngin şahmat ənənələrinin yaranmasında Ulu Öndərin müstəsna xidmətləri var. Həmin ənənələr əsasında respublikamızda adlı-sanlı şahmatçılar yetişib və hazırda da bu idman sahəsi hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Vaxtilə ərazisi işğal altında olmuş rayonlarımızın şahmat məktəbləri də məhz bu qayğı sayəsində öz fəaliyyətlərini fasiləsiz davam etdiriblər. Mərasimdə belə bir inamla bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının icrası çərçivəsində yeni salınan yaşayış məntəqələrində şahmat məktəblərinin bərpa edilməsi uşaq və gənclərin bu xüsusi idman növü ilə daha fəal şəkildə məşğul olmasına imkan yaradacaq.
Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin xatirəsinin ehtiramla yad edilməsindən sonra başlanan yarışda yeniyetmə şahmatçılar blits üslubunda qüvvələrini sınayıblar. Yeddi turdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerin qalibi müəyyənləşib. Qaliblər hədiyyə və diplomla mükafatlandırılıblar. Turnirin bütün iştirakçılarına sertifikatlar təqdim edilib.

image-168553215996325735_228x166 image-16855321594563538778_228x166


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image