image-1533312901_445738_517560backend

Azərbaycanlı alimin dünyanın nüfuzlu jurnalında Zəngəzur dəhlizi ilə bağlı məqaləsi dərc edildi

image-reklam_sirab_01

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Zaur Əliyevin dünyada mövcud A kateqoriyalı və beynəlxalq xülasələndirmə bazası olan Web of Science-də indekləşən jurnallarda Azərbaycan həqiqətlərini nüfuzlu alimlərə çatdırmaq və mövzu üzrə yalnız bizə istinad edilməsi istiqamətində növbəti məqaləsi dərc edilib.

Kubada nəşr edilən “Universdad de Soseydad” nüfuzlu elmi jurnalda “Zəngəzur dəhlizi: dünyanın geosiyasi konyukturasında yeni mənzərə” adlı məqalədə müəllif mövcud siyasi prosesləri və tarixi faktları təhlil edərək yazır:
“Zəngəzur dəhlizinin strateji, iqtisadi və geosiyasi əhəmiyyətini və onun ticarət yolu kimi açılmasının potensial faydaları var. Mövcud qlobal iqtisadi kontekstdə dünya üzrə əsas yük axınları Asiyadan Avropaya yönəlir. Bu mənada Zəngəzur dəhlizinin bir hissəsi olduğu Böyük İpək Yolu, xüsusən də iqtisadiyyatları bu yeni keçid marşrutundan əhəmiyyətli dərəcədə faydalanacaq Çin və Avropa İttifaqı üçün fundamental əhəmiyyət kəsb edir. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsindən sonra regionda yeni geosiyasi reallıq bərqərar oldu və burada Zəngəzur dəhlizindən istifadə münaqişəyə son qoyan noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmış əsas elementlərdən birinə çevrildi. İnanırıq ki, Zəngəzur dəhlizinin açılışı regionun geosiyasi və iqtisadi dinamikasına transformativ təsir göstərəcək, iştirakçı ölkələr üçün yeni və dəyərli ticarət və qarşılıqlı əlaqə imkanları təmin edəcək, onların qlobal mövqelərini möhkəmləndirəcək. Bu strateji layihə təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə, Ermənistan və regionun digər dövlətləri üçün mühüm siyasi, iqtisadi və təhlükəsizlik faydaları yaratmaq potensialına malikdir”

Qeyd edim ki, bu istiqamətdə dünya səviyyəsində çıxan ilk elmi məqalədir və ciddi qaynaqlar və mənbələr, ekspert rəyləri əsasında hazırlanıb. Dünyanın elmi tədqiqat aparan alimləri üçün əsl həqiqətlərə istinad edilməsində məqalənin həm elmi,həm də siyasi əhəmiyyəti vardır.

Məqalə ilə aşağıdakı linkə daxil olub tanış olmaq olar.
https://rus.ucf.edu.cu/index.php/rus/article/view/4450?fbclid=IwZXh0bgNhZW0CMTEAAR3yHvvhaaJXf6b1_VbdBzuTpf_Av9lEKXPkhH0vcEDpAzjRZryrCx90a7Q_aem_AasC36gVUPdVkC1cd8he0wKlbENUTdJwvr_2RSFazlyCjCPKT79GG_BL3SWCyVJluRS3ozb05ahU2qaL0xLDG26M


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki