image-621f52125cc9d621f52125cc9e1646219794a27eb3c069fe46be830a9f52322c177dbackend

“Azərsu” əməkdaşına zor tətbiq olunub

image-reklam_sirab_01

Fevralın 17-də “Azərsu” ASC-nin Abşeron rayon “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudovun 2021-ci ilin iyul ayından istifadə etdiyi suyun dəyərinin ödənilməsini ondan tələb edərək öz xidməti vəzifələrini icra edən “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə zor tətbiq edib yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki