image-1backend

Bakı Kitab Mərkəzində “Heydər Əliyev haqqında” kitab təqdim edildi -FOTOLAR

image-reklam_sirab_01

Bakı Kitab Mərkəzində “Heydər Əliyev haqqında” adlı kitabın və www.aboutheydaraliyev.com portalının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı qeyd edib ki, “Heydər Əliyev haqqında” adlı kitabda dörd yüz nəfər nüfuzlu dövlət liderlərinin, ictimai-siyasi xadimlərin, din, elm və mədəniyyət xadimlərinin Ulu Öndər Heydər Əliyev haqqında söylədiyi fikirlər yer alır. Bunlardan 94-ü “Dövlət və hökumət başçıları”, 133-ü “Dövlət xadimləri”, 69-u “İctimai-siyasi xadimlər”, 47-si “Elm, mədəniyyət və din xadimləri”, 32-si “Beynəlxalq təşkilatların nümayəndələri” 25-i isə “İş adamları” adlı bölmələrdə öz əksini tapıb. Kitab və portal Azərbaycan, ingilis, rus və ispan dillərində tərtib olunub və ümumilikdə 400 sitat var. Kitab və portal Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) və Bakı Kitab Mərkəzi tərəfindən birgə hazırlanıb.

Təqdimat mərasimində tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadə, millət vəkilləri Cavanşir Feyziyev, Jalə Əhmədova və çoxsaylı kitabsevərlər iştirak ediblər. Ulu öndərin yaxın məsləkdaşları olmuş və bilavasitə onunla birlikdə işləmiş Həsən Həsənov, Dilarə Seyidzadə və Anar Rzayev çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Tədbirdə həmçinin gənc vokalçılar Bəbir Bəbirli, Ərəstun Quliyev, İlkin Dövlətov, Orxan Hüseynli və Türkay Cəfərlinskinin ifasında Heydər Əliyevin sevdiyi “Alagöz”, “Ana” və “Küçələrə su səpmişəm” mahnıları səsləndirilib.

image-2 image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki