image-1backend

Bakı-Quba yolunda ağır qəza – Ölən və yaralananlar var

image-reklam_sirab_01

Bakı-Quba-Rusiya avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Vətəninfo.az-ın məlumatına görə, “Toyota” markalı minik avtomobili yolda hərəkətdə olan zaman “Shaqman”a çırpılıb.

Belə ki, qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha dörd nəfər – Fidan Məmmədova (2015), Nigar Məmmədova (1995), Nərmin Quliyeva (2008), Ahu Quliyeva (2013) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki