image-reklam-veteninfo
image-62140473f2a6762140473f2a681645479027ac6e71734303f8d593e43e1b6ff5a690backend

Bakı sakinini güllələyən şəxs tutulub – YENİLƏNİB

image-reklam-veteninfo

Daxili İşlər Nazirliyi (DİN) Bakı sakininin güllələnməsi barədə məlumat yayıb.

DİN-dən verilən xəbərə görə, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilib. Ondan “Escort” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (adam öldürməyə cəhd) ilə cinayət işi başlanıb.

***

01.29

Bakının Suraxanı rayonunda güllələnmə hadisəsi baş verib.

Veteninfo.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Cavadov İlkin Miraslan oğlu naməlum şəxs tərəfindən odlu silah vasitəsilə güllələnib. O, sol bazu və döş qəfəsindən güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Hazırda İ.Cavadov cərrahi əməliyyat olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki