Həbsbackend

Bakı sakininin 8330 manat pulu soyğunçuluq yolu ilə əlindən alınıb

image-reklam_sirab_01

Bakı sakininə qarşı soyğunçuluq edilib, 8330 manat pulu əlindən alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə iyunun 2-də M.Rüstəmov küçəsində paytaxt sakini S.Qəhrəmanovun 8330 manat pulunun soyğunçuluq yolu ilə əlindən alınması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Ağayev müəyyən edilərək saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki