image-6238465293f0e6238465293f0f16478551866238465293f0c6238465293f0dbackend

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sahə rəisi cəzalandırılıb

image-reklam_sirab_01

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən 4 ağacın aqrotexniki qaydalara uyğun olmadan sərt budandığı məlum olub.

“Budama işlərinin düzgün aparılmamasına görə Birliyin sahə rəisi İlkin Abdullazadə barəsində qanunamüvafiq tədbirlər görülüb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki