Bakı-Sumqayıt-Bakı sürət qatarında texniki nasazlıq nəticəsində gecikmə yaranıb.
Nasazlıq qrafik üzrə 08:00-da Sumqayıt dəmiryolu stansiyasından Bakıya yola düşməli olan qatarda yaşanıb.
Nəticədə qatar hərəkətə təyin ediləndən 10 dəqiqə daha gec başlayıb.
Sərnişinlərə edilən xəbərdarlıqda gecikmənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.