Bakının Nəsimi rayonunda mağazaların birindən 11.000 manat dəyərində mobil telefonlar oğöurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.