Bakıda gənc oğlan bıçaqlanıb.
Veteninfo.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. 47 saylı orta məktəbin yaxınlığında baş verən dava zamanı 2003-cü il təvəllüdlü Əzizov Zakir Şahin oğlu bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.