Bakıda mənzildə meyit aşlarlanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Qurbanova Solmaz Osman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.