Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarər alıb.
Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1991-ci il təvəllüdlü Məhəmmədova Şəlalə Xəqani qızı və onun oğlu 2017-ci il təvəllüdlü Məhəmmədli Səidi avtomobil vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.