image-c47ef3e4-4beb-384e-8c26-209256f40a57_850backend

​​​​​​​Bakıda avtomobil məzunu vuraraq ağır xəsarət yetirib

image-reklam_sirab_01

Bakıda avtomobil məzunu vuraraq ağır xəsarət yetirib.

“Veteninfo”nun məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində” “Toyota RAV4” markalı avtomobil yolu keçən 17 yaşlı Cavid Cəbrayılovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona hər iki ayağınının baldır nahiyəsinin sınığı, qara ciyərin zədəsi və daxili qanaxma diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə C.Cəbrayılov “Son zəng” tədbirindən evə gedərkən baş verib.

Fakt araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki