image-f24dce24-2e8a-3cb2-b8d5-b37bfa2e72e4_850backend

Bakıda avtomobillər toqquşub, bir neçə nəfər xəsarət alıb

image-reklam_sirab_01

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Ziya Bünyadov prospektində iki avtomobil toqquşub. Hadisə nəticəsində Mansurov Turxan Mahmud oğlu, 2000-ci il təvəllüdlü Babayev Sənan Zaur oğlu və 1987-ci il təvəllüdlü Mustafayev Tural Musa oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki