Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.
Veteninfo.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Gülçülük Sovxozu adlanan ərazidə yol kənarı ilə hərəkət edən 2007-ci il təvəlllüdlü Gülməmmədli Şəmsiyyə Yusif qızı və onun bacısı 2010-cu il təvəllüdlü Gülməmmədli Gülzar Yusif qızını avtomobil vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.