Xəbər verdiyimiz kimi, bu gün saat 03:00 radələrində “Location” klubunda yanğınla nəticələnən partlayış baş verib. Partlayışda 1 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Veteninfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaralılardan biri də tanınmış bloqer Aysel Şükürovadır.
Onun hazırda xəstəxanada olduğu bildirilir.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.