image-reklam-veteninfo
image-62148b725271262148b725271316455135864dcb7fed82d6758081017bf5af1b19cebackend

Bakıda darvazaları oğurlayanlar tutulub

image-reklam-veteninfo

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə fevralın 13-dən 15-dək olan müddətdə Kürdəxanı qəsəbəsi ərazisindəki evlərdən birinin darvazasının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov və Neftçala rayon sakini R.Zeynalov müəyyən edilərək saxlanılıblar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda Kürdəxanı və Ləhiş bağlar sahəsindəki daha 7 evin darvazalarını oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki