image-622a73d063d4b622a73d063d4c1646949328622a73d063d49622a73d063d4abackend

Bakıda dəhşət: avtomobil aşdı, bir ailənin 5 üzvü xəsarət aldı – DƏHŞƏTLİ VİDEO

image-reklam_sirab_01

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az xəbər verir ki, qəza Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

Tural Ağayev idarə etdiyi “Hyundai” markalı maşını “Nissan” markalı avtomobilə çırpıb.

Zərbənin gücündən “Nissan” işıqfora dəyərək aşıb.

Hadisə zamanı “Nissan” markalı nəqliyyat vasitəsinin içərisində olan bir ailənin beş üzvü xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində işıqfor yararsız vəziyyətə düşüb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Qəzaya uğramış avtomobillər cərimə meydançasına aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki