image-1backend

Bakıda DƏHŞƏT: Oğlunu və gəlinini baltaladı

image-reklam_sirab_01

Ali Məhkəmədə Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehti İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Vətəninfo.az pravda.az-a istinadla bildirir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehti İsmayılov 14 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində onun şikayətini təmin etməyib.

İttihama görə, hadisə Bakının Maştağa qəsəbəsində qeydə alınıb.

Mehti İsmayılov hadisə zamanı oğlu Rəşadın başından baltayla zərbə vurub, gəlini Cəmalənin üzünün bir neçə yerində balta zərbələrindən çapıq yaranıb, sol budundan bir neçə yerdən kəsik xəsarətləri alıb.

O, məhkəmədə ifadə verərək oğlu və gəlininin onun arvadını dəfələrlə döyməsindən bezdiyini, buna görə də onların hər ikisini öldürmək istədiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki