image-reklam-veteninfo
image-e59384cd-1b1c-36e2-82fb-19a5f356ffc8_850backend

Bakıda dəhşət: yük və minik maşınları toqquşdu, ölən var

image-reklam-veteninfo

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Veteninfo.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qaradağ rayonunda “DAF” markalı yük avtomobili və “Daewoo” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1983-cü il təvəllüdlü Nəsirov Nicat Fəxrəddin oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki