image-q1backend

Bakıda dəhşətli qəza: altı avtomobil bir-birinə çırpıldı – FOTO

image-reklam_sirab_01

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 10 radələrində Əhməd Rəcəbli küçəsində, “Hilal elektrik”in qarşısında qeydə alınıb.

Qəza nəticəsində altı avtomobilə ciddi ziyan dəyib.

Belə ki, “Opel” markalı avtomobil “Chevrolet” markalı maşınla toqquşub. Toqquşma nəticəsində avtomobillər qarşıdakı maşınlara da çırpılıblar.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki