image-yangin_bina_54555backend

Bakıda dəhşətli yanğın: ölənlər var – 5 nəfər xəstəxanaya yerləşdirildi

image-reklam_sirab_01

Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə – əkiz bacılar ölüb.

Yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov yanıq xəsarətləri alıb.

***

09.57

TƏBİB Sabunçu rayonu, Kürdəxananı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınan yanğında xəsarət alanlarla bağlı açıqlama verib.

TƏBİB-dən bildirilib ki, yanğında xəsarət alanlar səhər saatlarında Yanıq Mərkəzinə yerləşdirilib. Hazırda onların müayinələri davam etdirilir. Xəsarət alanların səhhəti ilə bağlı ətraflı məlumat veriləcək.

***

09:41

Bakıda evdə yanğın olub.

Hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb.

Evdə baş verən yanğın zamanı 1 yaşlı körpə ölüb, 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. Yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki