Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Vətəninfo.az DİN-ə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlərlə həmin şəxs – 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov
saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin
aşkarlanıb.
Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.