Bakıda içində 15 min manata yaxın pul olan çanta oğurlanıb.
Bu barədə Vətəninfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 16-da rayon ərazisində bir nəfərin içərisində 14900 manat pulu olan çantasını oğurlamaqda şübhəli bilinən R.Aslanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.