image-6221b24fe76986221b24fe7699164637550377f6fbc8c0c5d14903a795ef189f13ecbackend

Bakıda iki hospitalda oğurluq olub

image-reklam_sirab_01

Bakıda hospitalda oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsininn 20-ci Polis Bölməsinə rayon ərazisində yerləşən hospitalların birində orada işləyən qadının çantasından kosmetik əşyalarının və bank kartının oğurlanması, həmçinin kartından 1316 manat pulunun çıxarılaraq mənimsənilməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş E.Fərzəliyev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən digər bir hospitalda həkimlərdən birinin içərisində pulu, mobil telefonu və pulqabısı olan çantasını dolabdan oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki