image-364593_res_00backend

Bakıda İsrail və İran səfirləri arasında toqquşma yarandı

image-reklam_sirab_01

İsrail və İranın Azərbaycandakı səfirləri Twitter sosial şəbəkəsində qarşılıqlı ittihamlar mübadiləsi aparıblar.Xüsusilə, İsrail səfiri İranı terrorizmin bir nömrəli sponsoru adlandırıb.

“Münaqişədən minlərlə kilometr uzaqda olduğumuzu düşünə bilərik. Ancaq bu belə deyil, biz ona yaxınıq”, – deyə İsrail səfiri George Deek açıqlayıb.

İranın Azərbaycandakı yeni təyin olunmuş səfiri Abbas Musəvi də çox keçmədən cavab verib: “Eşitdim, özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və yalan danışmısan. Yəqin ki, hələ İran və Azərbaycanın qeyrətindən və təəssübkeşliyindən məlumatsızsan. Bil ki, biz ətlə dırnaq kimi vahid və ayrılmazıq, irin və çirkin dırnağın altında yuva qurmasına icazə vermərik!”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki