Binəqədi rayonunda mağazalardan oğurluq edilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş C.Rüstəmov, S.Əzimov və G.Məmmədova müəyyən edilərək saxlanılıblar.
Rayon ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə “Hyundai” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Y.Hüseynov da müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.


























