Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vurub.
Vətəninfo.az-ın əldə etdiyi xəbərə görə, hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb.
Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.