image-reklam-veteninfo
image-1backend

Bakıda məşhur hoteldə ofisiant öldürüldü – İş yoldaşı tutuldu

image-reklam-veteninfo

Bakıda hoteldə qətl törədilib.

Hadisə yanvarın 25-i saat 19 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb.

Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.

Hadisənin hotelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Manafov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.//Qafqazinfo




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki