image-1backend

Bakıda narkotik satışı ilə məşğul olan 21 nəfər tutulub – VİDEO

image-reklam_sirab_01

Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şöbələrinin may ayının əvvəlindən keçirdikləri əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən 10 kiloqram müxtəlif növ narkotik vasitə çıxarılıb. Saxlanılanlardan Vüqar Dadaşlı, Tehran İsmayılov və Əhməd Aslanov paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər. Saxlanılanlar barəsində cinayət işləri başlanılıb. Tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Elbrus Hümbətovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron və 1 ədəd daraq aşkarlanıb. Əməliyyatlar zamanı talama cinayətləri törətdiyinə görə 5, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər tutulub. Nərimanov rayonu ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması istiqamətində də silsilə tədbirlər görülüb. Nəticədə soyuq silah hesab olunan alətlərin satışı ilə məşğul olan 2 nəfər saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Onlardan 62 ədəd xəsarət yetirmə təyinatlı alətlər götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki