Bakıda bir qadın 202 nəfərə 498175 manat zərər vurub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Naizrliyi tərəfindən məlumat verilib.
“Polis tərəfindən istintaq olunur. Həbs edilib. Zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə “Avion Travel” MMC-nin direktoru Lalə Rəcəbova yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib.
Onun əməllərindən zərərçəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilər”, – deyə məlumatda qeyd olunub.