Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Veteninfo xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.
1956-ci il təvəllüdlü Əhmədova İradə Rafiq qızı yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçib. Bu zaman onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.