image-1640893201_1625487129_3a17d02f-5f7a-4f1f-8181-0c0b563c9992_3backend

Bakıda qətl törədən Özbəkistan vətəndaşına hökm oxunub

image-reklam_sirab_01

Bakıda qətl törətməkdə təqsirləndirilən Elçin Ələkbərova hökm oxunub və 18 il müddətinə azadlıqdan məhrum edilib.

Veteninfo.az-ın xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda paytaxtın Binəqədi rayonunda baş verib.

Belə ki, Özbəkistan vətəndaşı, 1980-ci il təvəllüdlü E.Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki