image-1backend

Bakıda səhər saatlarında güclü YANĞIN – VİDEO

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Vətəninfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, marketin 700 kv.m. sahədə anbarı yanıb.

Yanğın zamanı anbarın içərisindəki ərzaq malları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Bitişik ümumi sahəsi 1100 kv.m. olan ikimərtəbəli anbar yanğından mühafizə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki