Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Vətəninfo.az-a bildirilib ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.