image-1jbackend

Bakıda yeni doğulmuş körpə parka atılıb

image-reklam_sirab_01

Ötən gecə Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki parklardan birində polis əməkdaşları xidmət aparan zaman yeni doğulmuş

körpə (oğlan uşağı) aşkar ediblər.

Vətəninfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, polis

əməkdaşları körpəyə ilkin tibbi yardım göstəriblər:

“Vaxtında görülən tədbirlər nəticəsində körpənin həyatı xilas edilib. Daha sonra körpə polislər tərəfindən xəstəxanaya yerləşdirilib.

Hazırda körpənin vəziyyəti normaldır. Həyatı üçün təhlükə yoxdur. Körpənin valideynlərinin tapılması istiqamətində polis

əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki