image-1backend

 Bakıda yol qəzası – Svetofor yararsız hala düşdü

image-reklam_sirab_01

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Vətəninfo.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəziinə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abbas Mirzə Şərifzadə və Heydər Hüseynov küçələrinin kəsişməsində qeydə alınıb.

Qəza səbəbindən yolda olan bir ədəd piyada svetoforu yararsız hala düşüb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin texniki əməkdaşları tərəfindən piyada svetoforunun bərpası istiqamətində işlər görülür.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki